RU

Anar Məmmədlinin səhhətində problem yaranıb

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Hazırda həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətində problem yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə onunla görüşən ailəsi məlumat yayıb..

Məlumata əsasən, Məmmədli diz oynağının artrozu-qonartroz xəstəliyindən əziyyət çəkir və xəstəlik hazırda kəskinləşib. O, addım atmaqda çətinlik çəkir, diz nahiyəsində şişkinlik və qızartı müşahidə olunur. Məmmədlinin ailə üzvlərinin revmatoloq və travmatoloqlarla apardıqları məsləhətləşmələrindən sonra xəstəliyin bursit (oynaqdaxili bursa kisəsinin iltihabı) və sinovit (oynaqdaxili sinovial qişanın iltihabı) ilə əlaqəli ola biləcəyi bildirilib. Həkimlər ayaqda şiş, qızartı və temperatur artımını da bununla izah ediblər.

Həkimlərin tövsiyəsinə əsasən, belə xəstələr mütəmadi olaraq nəzarətdə saxlanılmalı, MRT, rentgen və laborator müayinələrdən keçməlidir. Lakin Məmmədli artıq 17 aydır ki, heç bir keyfiyyətli və lazımi tibbi müayinələrdən keçirilmir. Onun vəkillərinin mülki xəstəxanada hərtərəfli müayinələr aparılması üçün dəfələrlə etdiyi müraciətlərə rədd cavabı verilib.

Ailəsinin sözlərinə görə, hüquq müdafiəçisinin saxlanıldığı rütubətli və nəm şərait də onun ağrıları və iltihabi prosesinı daha da ağırlaşdırır.

Məmmədli normal saxlanma şəraiti, təcili tibbi müayinə və müalicə ilə təmin edilməsə, onun davam edən məhkəmə proseslərində iştirakı səhhəti ilə əlaqəli olaraq mümkünsüz ola bilər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, hüquq müdafiəçisi Anar Məmmədli 29 aprel 2024-ci ildə həbs edilib.

Firuzə Mahmudova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
icma.az

1Источники