RU

27 Sentyabr – Anım Gününün beşinci ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi təsis olunmasının beşinci ildönümünü ağstafalılar da böyük fəxarət hissi ilə qeyd ediblər.

Belə ki, rayon ictimaiyyəti tərəfindən Ağstafa rayon Şəhidlər Xiyabanı və Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.

Anım tədbirlərində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Saat 12:00-da Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Избранный
9
1
veteninfo.az

2Источники