Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verib.
News24.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat verib.
"2011-ci ildə Dəraada baş verən hadisələrlə bağlı ittihamlar üzrə Bəşər Əsədin qiyabi həbsinə dair order verilib", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Bəşər Əsəd 2024-cü il dekabrın 8-də silahlı müxalif qüvvələrin Dəməşqə daxil olmasından sonra Suriya prezidenti vəzifəsini tərk edib və ölkədən qaçıb.