RU

Rusiya millisinin stolüstü tennisçisi: “Azərbaycan güclü rəqibdir”

“III MDB Oyunlarında Rusiyanın qızlardan ibarət komandası üçün Azərbaycan çox güclü rəqib olub”.

Bunu millinin üzvü Yekaterina Drozdova “Report”a açıqlamasında deyib.

O, məşqçilərinə də təşəkkür edib: “Qələbə qazanmağı planlaşdırırdıq. Sevindirici haldır ki, istədiyimizi həyata keçirə bildik. Mənim üçün qürurdur. Azərbaycan yığması güclü rəqibdir. Məşqçilərimə təşəkkür edirəm. Komanda ruhu göstərib qələbə qazandıq”.

Qeyd edək ki, stolüstü tennis yarışlarına oktyabrın 29-da yekun vurulacaq.

İdman.biz

Избранный
2
2
idman.biz

3Источники