RU

Ürək əməliyyatı keçirmiş kişi öldürüldü — Kürəkəni saxlanıldı

Sentyabrın 25-də Xaçmaz rayonunun Mürşüdoba kəndində qətl hadisəsi baş verib.

Demokrat.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə zamanı Xudat şəhər sakini, 1973-cü il təvəllüdlü İlham Hüseynov öldürülüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən müəyyən edilib ki, ölüm faktı mübahisə zəminində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Orxan Hacıbəlyev qayınatası İlham Hüseynovun sinə nahiyəsinə yumruq zərbəsi endirib. Aldığı xəsarət nəticəsində ürək əməliyyatı keçirmiş İ.Hüseynov hadisə yerində ölüb.

O.Hacıbəlyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Избранный
3
11
demokrat.az

10Источники