Müğənni Natavan Həbibi Anım Günü ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi "Dost" mahnısından bir parça yayımlayaraq bunları yazıb:
"O gün hamı müqəddəs bir amal uğrunda birləşdi. 44 günlük yola bu gün çıxmışdıq. Şəhidlərimizi ehtiramla anırıq. Bizi əsl kimliyimizə qaytaranlar ölməyiblər, Onlar hər zaman bizimlədirlər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm".