RU

Qaradağda 27 Sentyabr – Anım Günü qeyd olundu

27 Sentyabr – Anım Günü Qaradağ rayonunda qeyd olunub. 

"Unikal" xəbər verir ki, Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin və YAP Qaradağ Rayon Təşkilatının rəsmiləri, ictimaiyyət nümayəndələri Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarları önünə əklil və çələnglər qoyublar. Eyni zamanda, rayon rəhbərliyi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Lökbatan qəsəbəsində yerləşən “Şəhidlər” abidə kompleksini də ziyarət edərək şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Burada abidə önünə əklil və çələnglər qoyulub, şəhidlərin əziz xatirəsi yad edilib. Anım Günü çərçivəsində Qaradağ rayonunun müxtəlif qəsəbə məzarlıqlarında dəfn olunmuş şəhidlərin məzarları da ziyarət olunub. Şəhidlərin məzarları önünə əklil və çələnglər qoyularaq onların ruhuna dualar oxunub.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar övladlarının qəhrəmanlığı ilə qazanılan Zəfərdə pay sahibi olduqlarını vurğulayaraq bununla qürur duyduqlarını bildiriblər.

Bu gün – 27 Sentyabr Anım Günü münasibətilə, bütün ölkədə olduğu kimi Qaradağ rayonunda da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayonun müxtəlif ərazilərində həyat bir anlıq dayanıb, vətəndaşlar Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın ruhuna ehtiramlarını ifadə ediblər. Bu an şəhidlərimizin xalqımızın yaddaşında daim yaşayacağının, onların qəhrəmanlığının heç vaxt unudulmayacağının bariz nümunəsi olub. Vətən uğrunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq, onların qanı ilə azad edilən torpaqlar isə daim göz bəbəyi kimi qorunacaqdır. Şəhidlərimizin ruhuna Allahdan rəhmət, ailələrinə səbir diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Избранный
6
2
sabahinfo.az

2Источники