RU

Zaporojye AES-lə bağlı HƏYƏCANLI AÇIQLAMA – 72 saat ərzində...

Zaporojye Atom Elektrik Stansiyası (AES) üç gündür ki, xarici enerji mənbəyindən tamamilə təcrid olunub.

Turkustan.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumatda bildirilib ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri xəbərdarlıq ediblər.

Qeyd olunub ki, stansiyanın sonuncu elektrik xətti də sıradan çıxdığından hazırda soyutma və təhlükəsizlik sistemləri yalnız dizel generatorları vasitəsilə işlədilir.

Mütəxəssislərin sözlərinə görə, soyutma sistemlərinin dayanması nüvə yanacağının nəzarətsiz istiləşməsinə və əriməsinə gətirib çıxara bilər.

Xatırladaq ki, 2011-ci ildə Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində “Fukusima” AES-də üç reaktor cəmi üç gün ərzində ərimişdi. O vaxt yanacaq qorunub saxlanılsa da, 100 mindən çox insanın təxliyəsi qaçılmaz olmuşdu.

MAQATE ekspertlərinin sözlərinə görə, xarici enerji mənbəyindən 72 saatdan artıq işləyən AES “son dərəcə təhlükəli ssenari” ilə üz-üzədir./Musavat.com/

Избранный
10
3
turkustan.az

10Источники