RU

"Şesniyə güvənirik"

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik qapıçı Joan Qarsiyanın zədələnməsindən sonra 35 yaşlı  Voyçex Şesniyə etimadını ifadə edib.

90deqiqe.Az  xəbər verir ki, tanınmış jurnalist Jerar Romero mütəxəssisin fikirlərini belə çatdırıb:

"Joan Qarsiyanın zədələnməsi... bu heç də yaxşı xəbər deyil. Amma bizim Şçesnimiz var. Keçən mövsüm onunla üç kubok qazandıq".

Qeyd edək ki, klub cümə günü ispan qapıçının sol dizin daxili meniskinin yırtığı səbəbindən təxminən dörd-altı həftə meydandan uzaq qalacağını açıqlamışdı.

2024/2025 mövsümündə katalon klub İspaniya çempionu olub, ölkə Kuboku və Superkubokunu qazanıb. Polşalı qapıçı bütün turnirlərdə 30 oyunda iştirak edib və bunlardan 14-də "sıfır buraxıb".

Избранный
9
90deqiqe.az

1Источники