RU

Fərdi Kadıoğludan zədəsi ilə bağlı etiraflar - ''zədəli ola-ola ''Liverpul''a qol vurdum''

2024-ün yayında 30 milyon avroya ''Fənərbaxça''dan ''Brayton''a transfer olunan Fərdi Kadıoğlu üçün İngiltərədə ilk mövsüm uğurlu alınmadı.

Baş barmağındakı zədə üzündən əməliyyat olunan və uzun müddət futboldan kənar qalan istedadlı türkiyəli futbolçu bu mövsümə ümidlə baxır. 25 yaşlı cinah müdafiəçisi 2025/26-da artıq ''Brayton''un heyətində 6 rəsmi oyunda 306 dəqiqə forma geyib.

Bu arada Fərdi İngiltərənin ''The Athletic'' portalına açıqlamasında zədəsi ilə bağlı etiraflar edərək bunları deyib:
''Ayaq barmağımdan zədə almışdım və ayaq bağım qopmuşdu. İlk öncə əməliyyat olunmadan sağalacağıma ümid edirdik. Amma bərpa prosesi gözlədiyimiz kimi getmədi. Ona görə də əməliyyat olunmaq məcburiyyətində qaldım. Futbola qayıtmağım üçün bir neçə ay gözləməli oldum. Sağalmaq üçün əlimdən gələni etdim. Ağrılarım çox oldu. Bütün bu proses gözlədiyimdən daha çox vaxt apardı. Ötən mövsüm səfərdə ''Liverpul''a qol vurdum. Hamı mənim həmin oyunda zədələndiyimi düşünür. Amma mən ondan öncəki oyunda zədələnmişdim. ''Liverpul'' ilə oyuna isə ağrıkəsici ilə çıxmışdım. Yəni faktiki olaraq zədəli ola-ola qol vurmuşdum. Əsəbimdən özümə yer tapmırdım. Çünki yeni kluba gəldikdə ilk növbədə özünü göstərmək üçün şans qazanmaq istəyirsən. Ancaq mən o şansı qazanmağa başladıqda zədələndim. Halbuki AÇ-2024-də yaxşı performans sərgiləmişdim və bu ritmi davam etdirmək arzusunda idim. Mənim üçün yeni mühitdə hər şey qaydasına düşməyə başlamışkən başıma belə bir hadisə gəldi və bir xeyli geri düşdüm. Bunun öhdəsindən gəlmək asan olmadı. Əvvəlkindən də güclü şəkildə geri dönərək özümü göstərmək məcburiyyətindəyəm. ''Brayton'' bu yay müdafiənin sol cinahında Estupinyanı ''Milan''ı göndərərək yerinə ''Brügge''dən De Kuyperi transfer etdi. Komandada biri gedirsə, yerinə başqası gəlir. Bu, normaldı. Səviyyəli futbolçular çox olduqca komandanın gücü də artır. Məncə, bu mövsüm əsas heyət uğrunda gözəl bir rəqabət izləyəcəyik''.
Избранный
13
1
football-plus.az

2Источники