RU

Yuxudan ZƏFƏRƏ Təcili yardım maşınından üç şəhid tabutu düşürdülər

ain.az, Bizim media saytına istinadən bildirir.

27 sentyabr səhərə yaxın saat 4 radələri idi. Qəfil yuxudan ayıldım. Yuxunu bugünkü kimi xatırlayıram. Yuxuda bibimgilin həyətinin önündə bir təcili yardım maşını dayandı və içindən üç şəhid tabutu düşürdülər. Bibim anamdan soruşdu ki, " yenə üç şəhid? Anamsa ağlayaraq" üç nədir, üz yüz nədir, üç minə yaxın şəhidl var, hələ digər maşınlar da" dedi.

 

Qəfil yuxunun təsirindən ayıldım. Həyat yoldaşım hərbi orqanların birində çalışır və biz məzuniyyətdə olduğumuz üçün Cənub bölgəsində idik. Bu an yoldaşıma qəfil zəng gəldi. Təcili yaşadığımız rayona qayıtmasını tələb etdilər. Biz nə baş verdiyini tam anlaya bilmədik. Çalışırdım sosial şəbəkələrdən nə baş verdiyini öyrənim. Amma internetə giriş mümkünsüz idi.

İçimizdə qəribə bir narahatlıq da tüğyan edirdi . Salyan rayonunun ərazisindən Bakı - Qazax magistralına çatanda artıq gördüklərimizdən beynimizdəki suallara cavab tapa bildik. Böyük hərbi kalonlar yolboyu düzülmüşdü. Bu an məni dəhşətli bir ağlamaq tutdu. Eyni zamanda ağlayaraq dualar etməyə başladım. Bir az irəlilədikdə bir neçə əsgərin hərbi maşında başını bir-birinə söykəyərək mürgülədiyini gördüm. Bu görüntülərdən sonra içimdə fırtınalar qopdu. Beynimdən ilk keçən bu sözlər oldu " Bəlkə də bu dünyada son yatışınızdır, bəlkə də sizi nələr gözlədiyinizdən xəbərsizsiniz".

 

Bir neçə kilometr getdikdən sonra böyük bir toplu şəklində yığışıb əsgərləri alqışlarla yola salanları görmək olurdu. Bu anları görüb gah həyəcan, gah nigarançılıq, gah da qürur hissi keçirirdim. Bir onu xatırlayıram ki, evə çatanda üst geyimim göz yaşlarından nəmlənmişdi. Evə çatar-çatmaz televizoru yandırdım və Müdafiə Nazirliyinin digər qurumlarla birgə keçirdiyi mətbuat konfransı yenicə başlamışdı.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev ilk dəfə Vətən müharibəsinin başladığını elan edən zaman yenidən göz yaşlarıma hakim ola bilmədim. Daha sonra bir neçə kəndimizin müzəffər ordumuz tərəfindən erməni işğalından azad olunduğunu eşidəndə bir onu xatırlayıram ki, necə qışqırdımsa yaxın qonşularımın bizə qaçdığını gördüm. O zaman mən dizlərim üstünə çöküb dayanmadan ağlayaraq Allaha şükür edirdim. Qonşular içəri daxil olandan sonra durub onları qucaqlayıb təbrik etməyə başladım. Sevincimi necə və kimlə bölüşsəm rahatlaşaram deyə düşünürdüm. İlk öncə jurnalist həmkarlarıma yığıb göz aydınlığı verməyə başladım.O gündən sonra 44 gün ərzində ailəlikcə nə gecə bildik, nə gündüz. Zəfərlərimizə sevinib, şəhidlərimizin yasını qəlbimizdə saxlamağa başladıq .44 gündə o qədər qürurlanırdırdıq ki, sanki yenidən doğulmuşduq.Allah bu zəfəri yaşadan şəhidlərimizə rəhmət, qazilərilərimizə can sağlığı versin. Ali Baş komandan İlham Əliyev və müzəffər ordumuz daim var olsun.Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
bizim.media

2Источники