RU

“Mançester Yunayted” mübahisəli örtükdən imtina edib

“Mançester Yunayted” klubunun “Old Trafford” stadionunun yenidənqurma layihəsindəki mübahisəli üç tərəfli örtükdən imtina etdiyi açıqlanıb.

İdman.biz-in “The Athletic”ə istinadən verdiyi məlumata görə, ilkin layihəyə görə, 100 minlik stadionun örtüyü 400 milyon funt sterlinqə başa gələcəkdi və azarkeşlər bunu “çirkin” və “biabırçı” adlandırmışdılar.

“Freightliner” şirkətindən torpaq sahəsinin alınmasının baha olması da planı çətinləşdirib, tələb olunan məbləğ əvvəlcədən gözləniləndən səkkiz dəfə çox olub.

Hazırda klub daha ənənəvi stadion variantını nəzərdən keçirir ki, bu da həm xərcləri azaldacaq, həm də prosesi sürətləndirəcək. Lakin “Old Trafford”un yenidən qurulması məsələsinə hələ də tam aydınlıq gətirilməyib.

İdman.biz

Избранный
3
1
idman.biz

2Источники