RU

"Vest Hem" Potterlə yollarını ayırdı

"Vest Hem" klubu baş məşqçi Qraham Potterlə yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

London təmsilçisinin bəyanatında qeyd olunub:

"Komandanın ötən mövsümün ikinci yarısındakı nəticələri və 2025/2026 mövsümünün əvvəlindəki çıxışları gözləntiləri doğrultmadı. Direktorlar şurası hesab edir ki, Premyer Liqadakı mövqeyi ən qısa zamanda yaxşılaşdırmaq üçün dəyişikliklər qaçılmazdır. Klub olaraq Qraham Potterə və onun məşqçi heyətinə göstərdikləri zəhmət üçün təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq."

Xatırladaq ki, Qraham Potter 2025-ci ilin yanvarında "Vest Hem"in baş məşqçisi təyin olunmuşdu. İngiltərə Premyer Liqasının hazırkı mövsümündə komanda beş turdan sonra cəmi üç xal toplayaraq turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb və hazırda düşmə zonasındadır.

Избранный
14
90deqiqe.az

1Источники