RU

Aleks Pereira: “İlk döyüşdə hazır deyildim, indi hər şey fərqli olacaq”

38 yaşlı keçmiş UFC çempionu Aleks Pereira Maqomed Ankalayevlə ilk döyüşdə məğlubiyyətini şərh edib.

İdman.biz xəbər verir ki, Pereira “The Brian Campbell Experience” “YouTube” kanalına verdiyi açıqlamada bunları söyləyib:

“Hazırda detallara girməyəcəyəm, amma baş verənləri nəzərə alaraq, ilk döyüşdə Ankalayevlə qarşılaşa bildiyimə özümdə təəccüblənirəm. Doğrusu, o gecə mən təxminən 40% hazır idim. Əgər bu dəfə yalnız 50% hazır olsam belə, əlavə 10% böyük fərq yaradacaq. Heç kimdə şübhə qalmayacaq.”

Qeyd edək ki, Pereira və Ankalayev arasında revans döyüşü 5 oktyabr tarixində Las-Veqasda UFC 320 turnirində baş tutacaq.

İdman.biz

Избранный
3
1
idman.biz

2Источники