RU

Azərbaycanda duz istehsalı azalıb

BAKI, 27 sentyabr. TELEQRAF

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 54 min 732,7 ton duz istehsal edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsalda 7 min 127.9 ton və ya 6.3% azalma olub.

Hesabat dövründə ölkədə 54 min ton qida duzu istehsal edilib. Ötən ilə nisbətən istehsalda 5.8% azalma olub. Sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 1,5 ton olub.

Избранный
6
teleqraf.com

1Источники