Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəintensiv yağışlar nəticəsində Astara rayonunun Ərçivan qəsəbəsindəbəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxilolub.
Trendxəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, su basmış yerlərdən suyun çəkilərəkkənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olanvətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhalFHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət vəSularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarınınqüvvələri əraziyə cəlb edilib.
Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.
Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması vədigər təhlükəsizlik tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.