RU

19 yaşında dünyanın ən gənc milyarderi oldu

Biznes dünyasına daha tez qədəm qoyan kifayət qədər milyarder var. Bəziləri onlara rəğbət aparır, bəziləri isə tənqid edir. 2025-ci ildə dünyanın ən gənc milyarderi titulu isə alman əsilli Johannes von Baumbach-a məxsusdur. 

"Bakuinfo" valyuta.az-a istinadla xəbər verir ki, o, cəmi 19 yaşı olmasına baxmayaraq, 5,6 milyard dollar sərvəti ilə “Forbes” siyahısında önə çıxır. Lakin digər zəngin gənclərdən fərqli olaraq, Johannesin heç bir ictimai görüntüsü yoxdur, sosial mediada hesab açmayıb və mediaya açıqlama verməyib. Bu da onun ətrafında böyük bir sirr pərdəsi yaradır.

Sərvətin mənbəyi

Johannes von Baumbach-ın sərvəti Almaniyanın ən böyük özəl əczaçılıq şirkətlərindən biri olan “Boehringer Ingelheim”dən gəlir. Şirkət 1885-ci ildə Albert Boehringer tərəfindən təsis olunub və bu gün diabet, KOAH (ağciyər xəstəliyi) və qan laxtalanmasının qarşısını alan preparatlarla dünyada tanınır.

Şirkət haqqında paylaşılan məlumata görə, 2023-cü ildə şirkətin gəliri 25,6 milyard avro olub. Dünyada 53 min nəfərdən çox işçisi çalışır. Baş ofisi isə Almaniyanın Rhineland-Pfalz bölgəsində yerləşir.

Şirkət əsası qoyulandan bəri ailəyə məxsus olaraq qalıb və bu səbəbdən sərvət nəsildən-nəsilə ötürülür.

Ailə sərvəti

Johannes sərvətini təkcə özü deyil, qardaş və bacıları ilə də bölüşür:

Maximilian (27 yaş)

Katharina (25 yaş)

Franz (23 yaş)

Onların hər birinin sərvəti də təxminən 5,6 milyard dollar qiymətləndirilir. Ailənin bütün övladları mediadan uzaq qalır və ictimaiyyət qarşısına çıxmır.

Digər gənc milyarderlərlə müqayisə

Johannes-dən bir yaş böyük olan digər gənc milyarderlər sırasında Livia Voigt və Clemente Del Vecchio (20 yaş) var. Hər ikisi də ailə biznesindən miras qalan sərvətlə siyahıya düşüb.

Statistikaya görə, dünyada milyarderlərin cəmi 12%-i 50 yaşdan aşağıdır. 30 yaşına çatmadan milyarder olanlar isə dünya miqyasında çox nadir sayılır. Bu səbəbdən Johannes von Baumbach xüsusi kateqoriyaya daxildir.

Избранный
14
4
bakuinfo.net

5Источники