Müdafiə naziri Zakir Həsənov, nazirliyin rəhbərliyi və ali zabit heyəti II Şəhidlər xiyabanını ziyarət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.