RU

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

Dövlət

Oxuməni.az

Избранный
14
30
oxumeni.az

10Источники