RU

Hücum Ukraynadan 1000 kilometr aralıda yerləşən Çuvaşiyaya edilib...

...Sentyabrın 27-si şənbə günü səhər Rusiyanın Çuvaşiya Respublikasında neft nasos stansiyasına pilotsuz təyyarə ilə hücum qeydə alınıb.

SİA-nın məlumatına görə, “Fokus” xəbər verir ki, hücum Rusiyanın enerji obyektində əməliyyatların dayandırılması ilə nəticələnib.

Region qubernatoru Oleq Nikolaev sosial şəbəkədə bildirib ki, hücum Tsivilski rayonunun Konar kəndi yaxınlığındakı obyektə düşüb.

O, neft nasos stansiyasına Ukrayna pilotsuz təyyarələri tərəfindən hücum edildiyini iddia edib.

...Zərbə Tsivilski rayonunun Konar kəndi yaxınlığındakı neft nasos stansiyasını hədəfə alıb. Əhali üçün heç bir təhlükə yoxdur və itki yoxdur. Xırda ziyan dəyib.

BunuNikolaev yazıb.

O qeyd edib ki, fövqəladə hallara cavab sistemi işə salınıb, vəziyyətin hakimiyyət orqanları tərəfindən nəzarətə götürüldüyü bildirilir.

Bu arada Rusiya Müdafiə Nazirliyi dəqiqləşdirib ki, sentyabrın 27-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri həyəcan vəziyyətində olan Ukrayna Silahlı Qüvvələrinə məxsus 55 pilotsuz təyyarəni ölkənin müxtəlif bölgələri üzərində vurub.

Ən çox hədəfin – 27 pilotsuz təyyarənin Rostov vilayətində məhv edildiyi iddia edilir.

Əli Babayev

Избранный
27
sia.az

1Источники