RU

FIFA futbolçuları saxta sənədlərə görə cəzalandırdı

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Beynəlxalq Futbol Federasiyası FIFA saxta sənədlərə görə Malayziya millisinin yeddi futbolçusunu 12 ay müddətinə cəzalandırıb.

İdman.biz xarici KİV-ə istinadən xəbər verir ki, cəza alanlar arasında İspaniya La Liqasında çıxış edən “Alaves” klubunun müdafiəçisi Fakundo Qarses də yer alır.

Sanksiya tətbiq olunan digər futbolçular isə Qabriel Felipi, Rodriqo Olqado, İmanol Maçuka, Joau Fiqeyredu, Yon İrasabal və Ektor Aleksandro Xevel Serranodur. Onların əksəriyyətinin Argentina, İspaniya, Braziliya və Niderland mənşəli olduğu bildirilir.

FIFA-nın açıqlamasına görə, Malayziya Futbol Assosiasiyası sözügedən oyunçuları yarışa buraxmaq üçün saxta sənədlər təqdim edib. Futbolçular Asiya Kubokunun təsnifat mərhələsinin üçüncü raundunda Vyetnamla keçirilən görüşdə (4:0) iştirak ediblər.

Qərara əsasən, hər bir futbolçuya futbolla bağlı bütün fəaliyyətlərdə iştirak qadağan olunub və onlara təxminən 2100 avro (təxminən 4170 AZN) cərimə kəsilib. Malayziya Futbol Assosiasiyası isə 374 min avro (təxminən 742 577 AZN) ödəməli olacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
icma.az

2Источники