RU

Naxçıvanda Anım Günü qeyd edilir - FOTO

Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir.

APA-nın yerli bürosu xəbər verir ki, 27 Sentyabr - Anım Günü münasibətilə Naxçıvan şəhər qəbiristanlığında və muxtar respublikada bütün şəhid məzarları ziyarət olunub, dualar oxunub.

Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun heyəti ilk dəfə 11 oktyabr tarixində olmaqla 3 dəfə Qarabağa yollanıb. 44 günlük haqq savaşımız da heyətin 100 sən çox igidi şəhidlik zirvəsinə ucalıb.
Müharibədən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundan 4 nəfər (2 şəhid, 2 hazırda xidmətdədir) Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Həmçinin 1 nəfər Zəfər, 1 nəfər Qarabağ, 18 nəfər Azərbaycan bayrağı, 12 nəfər Rəşadət ordeni ilə təltif olunub. Digər hərbi qulluqçularda müxtəlif medallarla təltif olunub.

Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda
Избранный
79
apa.az

1Источники