RU

Bolqarıstan yığmasının baş məşqçisi: “Azərbaycanda futbola çoxlu sərmayələr qoyulur”

21 yaşadək futbolçulardan ibarət Bolqarıstan yığmasının baş məşqçisi Aleksandr Dimitrov Avropa çempionatının seçmə mərhələsindəki ilk iki oyunlarına münasibət bildirib.

İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis millimizlə 1:1 hesablı bərabərə qaldıqları matçdakı mübarizədən razı qaldığını deyib. O, Azərbaycanda futbolun inkişafda olduğunu da vurğulayıb:

“Cəbəllütariq və Azərbaycanla oyunlarda 6 xal toplamağı hədəfləmişdik. Təəssüf ki, Bakıda 2 xal itirdik. Düzdür, Cəbəllütariq üzərində böyükhesablı (3:0) qələbə qazandıq. Ancaq Azərbaycana uzaq səfər olsa da, onlara qarşı daha yaxşı oynadıq. Azərbaycan çox yaxşı inkişaf edən rəqibdir. Onlar futbola çoxlu sərmayələr qoyurlar”.

Bolqarıstanlı mütəxəssis həmçinin U-21-in final mərhələsinə vəsiqə şanslarını da dəyərləndirib:

“Qrup çox çətin olsa da, Avropa çempionatına vəsiqə qazanmaq şansımız var. Gənclərdən ibarət millini növbəti mərhələyə çıxarmaq istəyirik”.

İdman.biz

Избранный
28
2
idman.biz

3Источники