RU

Gənc sevgisinin sübutu üçün 9 evi qarət etdi

Hindistanın Naqpur şəhərində 19 yaşlı kollec tələbəsi sevgilisini heyran etmək məqsədilə ardıcıl doqquz evi qarət edib.

Yenisabah.az  bu barədə "Times of India"ya istinadla xəbər verir.

Bildirilir ki, Naman Pete adlı birinci kurs tələbəsi gecələr müxtəlif məhəllələrdə evlərə girib. pizza sifarişi

Polis onu növbəti oğurluqdan sonra təhlükəsizlik kameralarının görüntüləri sayəsində müəyyənləşdirib. İstintaq zamanı gənc bütün cinayətləri etiraf edib.

Məlumata görə, gəncin sevgilisi lüks həyat tərzini sevdiyi üçün o, bu yola əl atıb və oğurluqla əldə etdiyi pulları sevgilisinə bahalı hədiyyələr almaq və əyləncələrə xərcləyib.

Hazırda şübhəli saxlanılıb, ondan oğurlanmış əşyalar müsadirə olunub. Polis hadisənin digər təfərrüatını araşdırır./Oxu.Az


Telegram kanalımız
Избранный
115
1
yenisabah.az

10Источники