Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
İnsanlarda ani qulaq tutulmasına səbəb olan faktorlar kimi qulaqlıqla yüksək səsdə musiqi dinləməklə yanaşı, səhər yuxudan gec oyanma, yağlı yeməklər və müasir həyatın digər aspektləri müəyyən edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sohu" portalı məlumat verib.
Ani karlıq - qəfil baş verən və üç günə qədər davam edən eşitmə itkisinə deyilir. Onun sindromlarından biri oyandıqdan sonra qulaq tıxanıqlığı və eşitmənin azalmasıdır. Ani karlığın səbəblərindən biri daxili qulaqda qan dövranının pozulmasıdır. Oradakı qan damarları kiçik ölçüsü ilə fərqlənir, tıxanmalara və spazmlara qarşı həssasdır.
Yağlı qidalar, uzun müddət qulaqlıq taxmaq və yuxu vaxtını gecikdirmək bu damarların daha sürətlə aşınmasına səbəb olur. Bundan əlavə, soyuqdəymə və ya qrip də eşitmənin azalmasına səbəb ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 65 yaşdan yuxarı hər üç nəfərdən biri eşitmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir. Bu vəziyyət nəinki həyat keyfiyyətini aşağı salır, həm də sosial təcrid, koqnitiv geriləmə və hətta depressiyanın ağır formalarına gətirib çıxara bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.