RU

Zəfər xronikası. 27 sentyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il sentyabrın 27-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev xalqa müraciət edib.

Trenddövlətimizin başçısının müraciətini təqdim edir.

Prezident İlham Əliyevin xalqa müraciəti

-Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdənmüxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadəedərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbimövqelərimizi atəşə tutmuşdur.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasındaitkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin!Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırdadüşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələrnətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu,erməni faşizminin növbəti təzahürüdür.

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarımüntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycandövlət sərhədinin Tovuz istiqamətində yenə də artileriya atəşinəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heçkəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artileriya atəşiniErmənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycanhəbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi vədüşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı,ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsindəErmənistan tərəfi məcbur olub acı məğulibiyyətlə razılaşdı. Mən bubarədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimizolsaydı hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaqbizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olanhalda bir neçə gündən sonra atəş dayandırılmışdır.

Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlknövbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır vəonlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyiAzərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni əraziləruğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasirəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çoxciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisininfikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır.Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchləçalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, bunanail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançısiyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır.Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və buməqsədlər onlar üçün əsas məqsədlərdir.

İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazibütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxudili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlarüçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki,Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.

Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Budəfə Azəbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupununbaşçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırdaifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, buplanlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terroraktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizəqarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildivə qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar vəalacaqlar.

Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyitərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanınbaş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda -Xankəndidə demişdir ki, "Qarabağ Ermənistandır və nöqtə". Birincisibu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı özfikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nidaişarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraqdanışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın başnaziri deyirsə ki, "Qarabağ Ermənistandır", onda hansıdanışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq,Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edirki, Azərbaycan Ermənistanla yox, qondarma "Dağlıq Qarabağrespublikası" ilə danışıqlar aparmalıdır. Bu da danışıqlarprosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxtoyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq.İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onugöstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq vəstatus-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədrölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki,status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala sonqoyulmalıdır.

Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Buyaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşadaqondarma kriminal xunta rejiminin başçısının "andiçmə" mərasimikeçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir.Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq,razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər vəbunun acı nəticələrini görəcəklər.

Bu yaxınlarda qondarma "Dağlıq Qarabağ respublikası"parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqındaqərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlardaErmənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanıbirləşdirən "könüllü" hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçünlazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bugün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçədəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdimki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistandayandırılmalıdır və dayandırılacaqdır.

Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşmasiyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçəailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olanŞuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, CenevrəKonvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavabverəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiştorpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasətErmənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadırki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosialvəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhranyaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiştorpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayanermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir.Bununla paralel olaraq, bizdə olan dəqiq məlumata görə, bizim işğaledilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşmaaparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir.Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimizdağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizimməscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlmanaləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləritraktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır,vəhşilərdir.

Eyni zamanda, işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmişhərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatısayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycanahücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğaletmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu günregionda təhlükə mənbəyi Ermənistandır və onun çirkinsiyasətidir.

Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcəolaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və özsiyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, DağlıqQarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir.Ermənistanın baş naziri deyəndə "Qarabağ Ermənistandır", bu,yalandır. Mən deyəndə ki, "Qarabağ Azərbaycandır", bu, həqiqətdir.Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimitanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma,dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir.Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünütanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır.Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar vəqətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydıntəsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilirki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğaledilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, buqətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupuçərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistanmüntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesiniiflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcıbeynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir.Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalqtəsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlarmünaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslamƏməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-inqərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizidəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətəəsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan OrdusuAzərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu günAzərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünüqoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işivar?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəsüçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olanşəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir.Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və sonqoyulacaqdır.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfərçalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Избранный
30
1
az.trend.az

2Источники