RU

Bu ölkələr siçovulların istilası altındadır - Bu üç səbəbə görə...

Böyük Britaniya və ABŞ-ın böyük şəhərləri siçovulların istilası altındadır.

Publika.az "BBC"yə istinadən xəbər verir ki, Britaniyanın zərərvericilərlə mübarizə xidmətlərinin məlumatına görə, son iki ildə gəmiricilərlə bağlı müraciətlərin sayı 20% artıb. Ölkədə müxtəlif hesablamalara görə, 120 milyona yaxın siçan yaşayır.

Oxşar problemlər ABŞ-ın Vaşinqton, San-Fransisko və Nyu-York kimi böyük şəhərlərində də müşahidə olunur.

Zərərvericilərlə mübarizə üzrə mütəxəssislər böyük şəhərlərdə gəmiricilərin populyasiyasının artmasına səbəb olan bir neçə amili açıqlayıblar. Buraya “fast food” istehlakının artması, zibil yığılmasının gecikməsi və kanalizasiya sistemlərini pozan tikinti işləri daxildir. Artan temperaturun da siçovulların çoxalmasında rol oynadığı güman edilir.

Araşdırmalara görə, son 17 ildə gəmiricilərin populyasiyası Vaşinqtonda 400%, San-Fransiskoda 300%, Nyu Yorkda isə 160% artıb.

Избранный
29
1
publika.az

3Источники