RU

Azərbaycan sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini inamla davam etdirəcək - Ceyhun Bayramov

Bakı. Trend:

Azərbaycan sülh gündəliyinin irəlilədilməsi istiqamətindəsəylərini inamla davam etdirəcək.

Trend xəbər verir ki, bunuAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov 27 Sentyabr - AnımGünü ilə bağlı "X" hesabında etdiyi paylaşımda bildirib.

"27 sentyabr tarixində 30 ilə yaxın işğal və təcavüz faktına sonqoyaraq hazırkı postmünaqişə dövrünün reallıqlarının, bölgəmizinəmin-amanlığının əsasını qoyan 44 günlük Vətən müharibəsininbaşlamasından 5 il ötür. 27 Sentyabr - Anım Günü ərazibütövlüyümüz, suverenliyimiz uğrunda canlarından keçənŞəhidlərimizi andığımız qürur tarixidir.

Tarixi ədalət və beynəlxalq hüququn təmini uğrunda canlarındankeçən bütün oğul və qızlarımıza Allahdan rəhmət, bu yoldasağlamlıqlarını itirən bütün müharibə iştirakçılarına şəfadiləyirik. Dayanıqlı sülh və sabitliyin hər zamankından daha yaxınolduğu hazırkı dövrdə ölkəmiz sülh gündəliyinin irəlilədilməsiistiqamətində səylərini inamla davam etdirəcəkdir", - nazirvurğulayıb.

Избранный
64
9
az.trend.az

10Источники