RU

Kevin Dürant PSJ-nin NBA Avropa Konfransına daxil olmasına kömək edəcək

36 yaşlı ikiqat NBA çempionu və “Hyuston Rokets”in yeni oyunçusu Kevin Dürant PSJ-nin basketbol divizionunun NBA-nın Avropa Konfransına qatılması prosesində mühüm rol oynayacaq.

İdman.biz-in məlumatına görə, bu barədə “Forbes” yazıb.

Belə ki, Paris klubu daxil olmaq üçün 500 milyon dollar ödəyəcək. Bu ilin iyun ayından PSJ-nin minoritar sahibi olan Dürant əsas qərarlarda əhəmiyyətli söz sahibi olacaq.

PSJ-nin qoşulmağı planlaşdırdığı NBA-nın Avropa Konfransının ən tezi 2027-ci ildə başlaması planlaşdırılıb.

İdman.biz

Избранный
30
1
idman.biz

2Источники