ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider "Bavariya" doğma azarkeşləri önündə "Verder"i sınağa çəkib.
Münhen klubu Bremen komandasının qaısından dörd cavabsız top keçirib. Conatan Ta, Harri Keyn (dubl) və Konrad Laymer fərqləniblər - 4:0.
Harri Keyn "Bavariya"nın heyətində 100-cü qoluna imza atıb. O, bu göstəriciyə 104 oyun ərzində nail olmaqla, Top-5 Avropa liqaları üzrə rekorda imza atıb.
Bu nəticədən sonra "Bavariya" 15 xalla zirvədədir. "Verder" isə cəmi 4 xalla 14-cü pillədə qərar tutub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.