RU

Səudiyyə Pro Liqası: Benzema-Ronaldu duelini portuqaliyalı qazandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səudiyyə Ərəbistanı Pro Liqasının 4-cü turu çərçivəsində son çempion "Əl-İttihad" bürünc mükafatçı "Ən-Nəsr"i qəbul edib.
Oxu.Az xəbər verir ki, matçdan öncə qarşılaşma Kərim Benzema - Kriştianu Ronaldu dueli kimi xarakterizə olunub. Hərçənd portuqaliyalı oyunda fərqlənsə də, fransız heç nə ilə yadda qalmayıb.
Görüşdə hesabı 9-cu dəqiqədə Mane açıb. 35-ci dəqiqədə Ronaldu qonaqların 2-ci qolunu vurub. Meydan sahibləri paytaxt klubuna müqavimət göstərə bilməyiblər - 0:2.
Hazırda "Ən-Nəsr" 12 xalla turnir cədvəlinin vahid lideridir. "Əl-İttihad" ondan 3 xal geri qalmaqla 2-ci sırada qərarlaşıb.
Избранный
519
9
oxu.az

10Источники