RU

Rutte: Bahalı raketlərlə ucuz PUA-ları vurmaq qəbuledilməzdir

Qərb hərbçiləri dronları bahalı raketlərlə vurmağa davam edə bilməzlər.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Min və ya iki min dollar dəyərində olan pilotsuz təyyarələri bəlkə də yarım milyon və ya bir milyon dollara başa gələn raketlərlə vurmaq qəbuledilməzdir", - Rutte qeyd edib.

O əlavə edib ki, müttəfiqlər “texnologiyaları sürətlə inkişaf etdirir və ukraynalılardan öyrənirlər”.

NATO-nun hazırda adekvat silahları yoxdurmu sualına Rutte “Qısa müddətdə bəli” cavabını verib və əlavə edib ki, NATO ukraynalılardan öyrənir və yaxın həftələrdə yerləşdiriləcək texnologiyaları sürətlə inkişaf etdirir.

Избранный
42
2
operativmedia.az

5Источники