RU

İranın Ermənistandakı sabiq səfirindən sərsəm təklif

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Missiyasını başa vuran İranın Ermənistandakı səfiri Mehdi Sübhani sərsəm açıqlaması ilə yenidən gündəmə gəlib.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, diplomat bu gün keçirdiyi mətbuat konfransında deyib:
"Naxçıvan Ermənistan vasitəsilə quru yolla Azərbaycanla əlaqə yaradarsa, o zaman Ermənistan da Yerasx (Arazdəyən) və Culfa üzərindən İranla əlaqə yarada bilər".
Bu açıqlaması ilə Sübhanı növbəti dəfə özünün bir diplomata yaraşmayan düşüncə səviyyəsini nümayiş etdirib.
Belə ki, vahid dövlətin tərkib hissələri arasındakı nəqliyyat kommuniksiyası ilə müxtəlif dövlətlərarası nəqliyyat əlaqəsi üzrə paralel aparmaq ən azı məntiqsizlikdir.
Избранный
29
50
oxu.az

10Источники