RU

BMT kürsüsündən Azərbaycana təşəkkür etdi

Pakistan çoxsaylı sülhməramlı səylərinə görə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif edib.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, ABŞ liderinin Hindistanla atəşkəsə nail olmaq üçün göstərdiyi sülhməramlı səylər Cənub-şərqi Asiyada genişmiqyaslı müharibə təhlükəsinin qarşısını alıb.

"Pakistan minnətdarlıq əlaməti olaraq prezident Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Onun sülh sevgisini nəzərə alaraq bu edə biləcəyimiz minimum işdir", - Ş.Şərif bildirib.

O həmçinin Hindistanla münaqişənin gərginləşməsi zamanı Pakistana göstərdiyi diplomatik dəstəyə görə Azərbaycana təşəkkür edib.

"Dostlarımıza və tərəfdaşlarımıza - Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Azərbaycan, İran, BƏƏ və BMT Baş katibinə bu çətin zamanlarda göstərdikləri diplomatik dəstəyə görə təşəkkür edirik", - baş nazir əlavə edib.//Report

"Cebheinfo.az" 

Избранный
11
5
cebheinfo.az

6Источники