RU

Aleksandr Səmədov: “Qarabağ” Avropada əla oynayır” – İDMAN.BIZ-in EKSKLÜZİVİ

Azərbaycan əsilli rusiyalı keçmiş futbolçu Aleksandr Səmədov “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını izləyir və Lissabonda qazandıqları uğuru böyük qələbə hesab edir.

Bu barədə İdman.biz -ə müsahibəsində Rusiya millisinin sabiq futbolçusu Səmədov danışıb.

"Bu, Çempionlar Liqasında böyük qələbədir. Düzünü desəm, “Qarabağ”a təkcə bu qələbə prizmasından baxmazdım; bilirəm ki, onlar Avropada əla çıxış edən çox yaxşı komandadır.

Ağdam təmsilçisinin səfərdə 0:1 hesabı ilə uduzduğu, lakin oyunun gedişində dönüşü və 3:1 hesablı qələbə qazandığı “Ferentsvaros”la oyununa da baxdım. Yəni, onlar keyfiyyətli əcnəbi oyunçulara malik əla komandadırlar. Düşünürəm ki, komandanın böyük gələcəyi var”, - Səmədov bildirib.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə Portuqaliyanın “Benfika”sına 3:2 hesabı ilə qalib gəlib. İkinci oyun günündə Qurban Qurbanovun yetirmələri oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq.

Teymur Tuşiyev

İdman.biz

Избранный
13
1
idman.biz

2Источники