Türkiyənin əfsanəvi aktrisası Hülya Koçyiğit Bakıda jurnalistlərin suallarını cavablandırıb.
OLAY yazır ki, sənətçi “həyatınızdan bəhs olunan film çəkilsə, hansı aktrisanın obrazınızı canlandırmasını istəyərsiz” sualına cavab verib.
“O qədər qabiliyyətli, istedadlı gənclər var ki, seçə bilmirəm. Yəqin bir gün belə layihə olsa, ən düzgün seçimi edəcəklər. Film üçün o qədər də rəngli həyatım yoxdur. Hər şeyi bir yerdə yaşadıq”, - deyə, sənətçi bildirib.