Almaniyanın şimalındakı Şlezviq-Holşteyn əyalətinin səmasında bir neçə pilotsuz uçuş aparatı (PUA) görüntülənib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Norddeutscher Rundfunk" (NDR) telekanalı regional daxili işlər naziri Sabine Sütterlin-Vakın bəyanatına istinadən məlumat yayıb.
“Cümə günündən bazar gününə keçən gecə Şlezviq-Holşteyn üzərində bir neçə pilotsuz təyyarə aşkarlanıb... Hazırda casusluqda şübhəli bilinən faktla bağlı təhqiqat aparılır”, - məlumatda deyilir.
Nazir aşkarlanan dronların dəqiq sayını və ya yerlərini açıqlamayıb. Eyni zamanda, ştatın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı federal hökumət və Bundesverlə "daim məlumat mübadiləsi apardığını" bəyan edib.
Məryəm Quliyeva