RU

Onur Quluzadə: “III MDB Oyunlarında birinci yeri tutacağımıza inanıram”

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycanın oğlanlardan ibarət stolüstü tennis yığmasının üzvü Onur Quluzadə III MDB Oyunlarında birinci yer tutacaqlarına inanır.

İdman.biz-in AZƏRTAC-a istinadən verdiyi məlumata əsasən, idmançı bunu komanda yarışının yarımfinalından sonra jurnalistlərə açıqlamasında deyib.

O, finaldakı rəqibin daha güclü olacağını söyləyib:

“Yarış yaxşı keçir. Özbəkistandan olan rəqibim yaxşı idi. Amma sabah finalda daha güclü rəqiblə, rusiyalı tennisçi ilə qarşılaşacağam. İnanıram ki birinci yeri tutacağıq”.

Qeyd edək ki, Azərbaycanın oğlanlardan ibarət stolüstü tennis yığması yarımfinalda Özbəkistanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Komanda həlledici görüşdə Rusiya ilə üz-üzə gələcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
1
icma.az

2Источники