RU

“Mind Odyssey” turnirində yarımfinalçılar məlum oldu - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Mind Odyssey" regional intellektual turnir layihəsi çərçivəsində keçirilən yarışın qrup mərhələsi yekunlaşıb. 

QHT.az xəbər verir ki, bu gün sonuncu – “E” qrupunun oyunu təşkil olunub. Sonuncu turda Qazax şəhər M.Hüseyn adına texniki-humanitar təmayüllü məktəb-liseyin “Difai qılıncları”,  Ağstafa şəhəri texniki-humanitar təmayüllü liseyin “Ulduz” və Qazax rayon Ağköynək kənd Ş.Çobanov adına tam orta məktəbin “Phoenix” komandaları üz-üzə gəlib. Qazax şəhər N.Vəliyev adına 5 saylı tam orta məktəb və Qazax rayon Xanlıqlar kənd Ş.Şahvələdov adına tam orta məktəbin komandaları yarışda iştirak etməyiblər Beləliklə, yarımfinala vəsiqə qazanan son iki komandanın adlarına aydınlıq gətirilib: bunlar “Ulduz” və “Difai qılıncları” komandaları olub.

Sabah - 27 sentyabr tarixində turnirin yarımfinal və final qarşılaşmaları keçiriləcək. əvvəlcə yarımfinal görüşündə qrup mərhələlərindən adlayan on komanda final uğrunda mübarizə aparacaq. Burada ən yüksək nəticə göstərmiş dörd komanda isə finalda mübarizə aparmaq hüququ qazanacaq. Turnirin qalibi kubokla, I, II və III yerləri tutmuş komandaların üzvləri isə müvafiq diplomlarla təltif olunacaqlar. 

Qeyd edək ki, "Mind Odyssey" regional intellektual turnir layihəsi 1 sentyabr tarixində start götürüb və 31 oktyabr tarixində yekunlaşacaqdır.

Избранный
36
qht.az

1Источники