RU

Netanyahu "düşmən ölkələrin" xəritəsi ilə səhnəyə çıxdı! Onlardan biri sürpriz oldu

İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxış edərkən bir çox ölkənin nümayəndə heyəti etiraz əlaməti olaraq zalı tərk edib.

Turkustan.az xəbər verir ki, Netanyahu çıxışı zamanı əlində xəritə ilə podiuma çıxıb. Xəritədə İsrailin “düşmən” hesab etdiyi ölkələr qırmızı rənglə işarələnib. Bu siyahıya İran, Suriya, Yəmən və İraq da daxildir.

Netanyahunun İraqı da “düşmən ölkələr” arasında göstərməsi, yeni suallar doğurub:

“İraq İsrailin növbəti hədəfi ola bilərmi?”

Qeyd edək ki, Netanyahunun bu xəritəni nümayiş etdirdiyi an, zalda çox sayda nümayəndə heyətinin artıq yerində olmaması da beynəlxalq reaksiyanın vizual göstəricisi kimi dəyərləndirilir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
7
1
turkustan.az

2Источники