RU

“Efir geyimi fərdi seçim yox, ictimai məsuliyyət məsələsidir”

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Efir geyimi sadəcə fərdi seçim deyil, həm də ictimai təsir vasitəsidir. Televiziya geniş kütlələrə xitab etdiyi üçün orada nümayiş olunan geyimlər həm tamaşaçıların estetik zövqünə, həm də ictimai rəyə birbaşa təsir göstərir”.Bunu Demokrat.az-a sosioloq Sevinc Qasımova bildirib.O əlavə edib ki, bu məsələ əslində cəmiyyətin dəyərləri, mədəni kodları və ictimai zövqlə bağlıdır:“Bir çox ölkələrdə televiziya aparıcılarının geyim üslubu ilə bağlı yazılmamış qaydalar var. Geyim həm zövqlü, həm də cəmiyyətin əxlaqi-mədəni dəyərlərinə uyğun olmalıdır. Əgər bu balans qorunmursa, tamaşaçıların narazılığı labüddür. Azərbaycanda da ictimai dəyərlər ailə-mərkəzli, ənənəvi və mühafizəkar yanaşma üzərində qurulub. Belə olduğu halda efirdə həddindən artıq açıq geyimlərin nümayişi, təbii ki, sosial mediada sərt reaksiyalara səbəb olur. Geyim senzura ilə deyil, mədəni məsuliyyətlə tənzimlənməlidir. Yəni aparıcı həm fərdi üslubunu nümayiş etdirməli, həm də efirə uyğun davranış və geyim sərgiləməlidir. Geyim sadəcə göz oxşamaq üçün yox, həm də tamaşaçıya hörmət və peşəkarlıq göstəricisi kimi qəbul olunmalıdır”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
56
1
demokrat.az

2Источники