RU

Dövlət Teatr Muzeyində tədbir “Vətən uğrunda ölənlər ölümündən doğular!”

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 27 Sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunmuş “Vətən uğrunda ölənlər ölümündən doğular!” adlı tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə muzeyin elmi katibi Şəhla Məmmədova, muzeyin əməkdaşı Rəvan Hüseynov çıxış edərək Qarabağ hadisələri və 44 günlük Vətən müharibəsindən danışıblar.

Sonra müharibənin həqiqətlərini əks etdirən, qəhrəmanlarımızın qələbə əzmini göstərən videoçarxlar nümayiş olunub.

Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda şeirlər oxunub və vətən müharibəsi iştirakçılarından “Şuşanın azad olunması” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Elmin Məmmədov, “Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın” azad olunması, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Hüseyn Məmmədov, “Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azad olunması”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Təmkin Ağayev rəşadətli ordumuzun gücü və xalqımızın bir amal uğrunda səfərbərliyi sayəsində əldə edilmiş parlaq qələbəmizdən danışıblar.

Tədbirin bədii hissəsində musiqiçilər Cəlal Səmədov bəstəkar Eldar Mansurovun “Yada sal məni” və “Sarı gəlin” xalq mahnısını, Məryəm Babayeva Elza İbrahimovanın “Ey Vətən” və “Laçın” xalq mahnısını ifa ediblər. Nigar Süleyman isə öz bəstəsi “Anım gününə həsr olunmuş Prelüd” musiqi nümunəsi ilə çıxış edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
azertag.az

1Источники