RU

“Oyunun axarını nəzərə alsaq, bu da yaxşı nəticədi” Rəşad Sadıqov

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Zirə” “İmişli” ilə səfər oyunundan bir xalla ayrıldı - 1:1. “Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında media önünə çıxıb.- Futbolçularımı təşəkkür edirəm. Əzmkarlıq və peşəkarlıq göstərdilər. “İmişli” də yaxşı hücumlar qurdu, qol vurdu. Rəqibin müdafiəsini yarıb standart vəziyyətdən qol vurduq. Hava şəraitini nəzərə alsaq, pozitiv nəticədi.- Meydançanın durumu haqda fikirləriniz? Meydança sulandığı üçün etiraz da etdiz…- Etiraz etmirdik. Dedim ki, bəlkə yağış yağar. Könül daha yaxşı meydança istəyər. Burda oynayan komandalar oynayacaq. Daha çox keyfiyyət istərdik. Bu məqam “İmişli”nin uğuruna kölgə salmır. Yaxşı formalaşmış komandadı. Onları da təbrik edirəm. Qələbə istərdik, oyunun axarını nəzərə alsaq, bu da yaxşı nəticədi.- Cibrilanın zədəsi nə yerdədi?- İlkin vəziyyətdə nəsə demək çətindi. Yəqin nəsə var ki, oyundan çıxdı.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
icma.az

2Источники