RU

Tarixi Yaşadan, Tarixə Çevrilən Ömür – Şəmistan Nəzərliyə Vəfa Sözləri

Tarixi

Tanrı qisməti, alın yazısı... Ömrümüzdə sona yaxınlaşdığımızı bilmədən yaşadığımız anları bəzən dərk edə bilmirik. Şəmistan müəllim, ömrünüzün nöqtəsi 83 yaşında, öz adınızla, öz izinizlə qoyuldu.Tarixiölümündən 10 dəq. öncə çəkilmiş çəkil Maraqlıdır, sizi Qazaxa aparan nə idi? Bir dəvət, yoxsa, sakitcə hiss etdiyiniz , bizim eşidə bilmədiyimiz daxili səsiniz? Bu dəfə hisslərinizi bizimlə bölüşmədiniz... Halbuki hər zaman bildiklərinizi bölüşər, tariximizi danışar, unudulan yaddaşları oyadardınız.Səməd Vurğunun misraları sanki bu günlər üçün, elə sizin üçün yavzılıb: “Sevərək yaşayanlar, sevilərək ölənlər.” Siz sevilərək yaşadınız və sevilərək də xatırlanan oldunuz. Elə bir iz qoydunuz ki, nə zaman, nə təbiət, nə də unudqanlıq onu silə bilməz.Siz təkcə bir tədqiqatçı deyildiniz, siz tarixlə millət arasında körpü idiniz. Qazaxa gedib, ruhunuzu göydə Allaha, yerdə bizlərə, cisminizi isə doğma torpağa əmanət etdiniz. Üzeyir Hacıbəyovun yaradıcılığına bir daha salam vermək üçün getdiyiniz tədbir, görünür ki, sizinlə təntənəli vidalaşma günüymüş. Ruhlar qarşılaşdı, yollar kəsişdi, yaddaşlar birləşdi...Bu tarix, adların əbədiləşdiyi, ruhların birləşdiyi bir günə çevrildi. Təəssüf hissi ilə andığımız bu gün gələcəkdə yazılacaq əsərlərin, deyiləcək şeirlərin, çəkiləcək sənədli filmlərin başlanğıcı olacaq.Bir çoxları, xüsusən də öz el-obanız olan Qazaxın insanları etiraf edir ki, Şəmistan müəllim rütbəcə polkovnik-leytenant olsa da, könüllərimizin Generalı, Hərb tariximizin Paşası idi. Rəsmi titullar bəzən kifayət etmir bir insanın böyüklüyünü izah etməyə. O, sadəcə bir zabit deyildi — xalqın yaddaşında General kimi, tariximizin əsgəri yox, Paşası kimi qaldı. Qazax bu gün təkcə bir tədbirin yox, həm də bir ömrün son, lakin əbədi mərhələsinə şahidlik etdi. Şəmistan müəllim, siz doğulub boya-başa çatdığınız yurda bu dəfə tarixə dönmək üçün getdiniz. Və indi orada, elin qoynunda, millətin ürəyində yaşayırsınız. Əminik ki, gələcək nəsillər sizin əsərlərinizlə tarixini öyrənəcək, sizin təhlillərinizlə milli kimliyini dərk edəcək. Çünki siz yalnız yazmadınız — öyrətdiniz, oyatdınız, yaşatdınız. Və bu xalq sizi heç vaxt unutmayacaq…Qeyd edək ki, tanınmış hərbi tədqiqatçı, polkovnik-leytenant Şəmistan Nəzirli — Azərbaycan hərb tarixinin, eləcə də Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırmaçısı, Qazax Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, müasir tərcüməçi və tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.son ad günü yığıncağındanAllah rəhmət etsin!R.DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Ağ Evdə tarixi sammit

Tarixi Yaşadan, Tarixə Çevrilən Ömür – Şəmistan Nəzərliyə Vəfa Sözləri

139 ÖLKƏ ARASINDA 129-CU YER... - Nazirliyin “əla nəticəsi” budur?

Избранный
34
ulusum.az

1Источники