RU

Durduqları yerdə alov alırlar! Nəhəng marka minlərlə avtomobilini geri çağırdı

Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) BMW-nin mühərriki işə salma relesində korroziya problemi aşkar edib.

Turkustan.az xəbər verir ki, bunun avtomobildə yanğın riskini artıraraq qısaqapanmaya və həddindən artıq qızmaya səbəb ola biləcəyini bildirib.

Rəsmi hesabata görə, problem həm avtomobil idarə edərkən, həm də park edərkən təhlükəsizlik təhlükəsi yarada bilər. NHTSA, ümumilikdə 196.000-dən çox BMW avtomobilinin bu riskdən təsirləndiyini açıqladı.
Geri çağırma bir neçə məşhur modeli, o cümlədən 2022 BMW 230i-ni əhatə edir. BMW-nin Avstriyada istehsal etdiyi və Toyota brendi ilə satdığı Toyota Supra da təsirlənir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
15
1
turkustan.az

2Источники