RU

Diaspor rəhbəri Fəxri Fərmanla təltif edilib FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğız dili Günü münasibətilə dövlət dilinin dəstəklənməsi və inkişafına həsr olunan tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qırğız Respublikasının Prezidentinin yanında Dövlət dili və dil siyasəti üzrə Milli Komissiyanın sədri Melis Murataliev Qırğız Respublikası Azərbaycanlıları “Birlik” İctimai Birliyinin sədri Xansıvar Baxşəliyevi Qırğız dilinin inkişafı və təbliğinə verdiyi mühüm töhfəyə görə Fəxri Fərmanla təltif edib.

Bu mükafat ölkədə yaşayan Azərbaycan icmasının dövlət dilinə hörmət və ehtiramın, onun qorunması və genişlənməsi istiqamətində göstərdiyi səylərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
unikal.az

2Источники