RU

Naxçıvanda 1 milyon kub metrdən çox içməli su uçotdan kənarda qalıb

Hesablama Palatası Naxçıvan  Dövlət Su Ehtiyatları Agentliyinin balansında olan içməli su anbarları və təmizləyici qurğulara baxış zamanı ciddi nöqsanlar aşkarlayıb.

FED.az xəbər verir ki, bu barədə Palatanın Agentlik və tabeli qurumlarında apardığı 2023-2024-cü illərdə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarə edilməsinə dair uyğunluq auditinin nəticələrində bildirilir. 

Məlum olub ki, bəzi hallarda ümumi çıxış sayğacları nasaz olub, bəzi hallarda isə ümumiyyətlə sayğac quraşdırılmayıb. Nəticədə 1 066 288 kubmetr içməli su Agentliyin məlumatlarında qeydiyyata düşməyib. (Apa)

Избранный
26
4
fed.az

6Источники