RU

ABŞ diplomatı Atəşgahı ziyarət edib

ABŞ-nin Azərbaycandakı səfirliyinin yeni müvəqqəti işlər vəkili Emi Karlo Atəşgah məbədini ziyarət edib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Azərbaycanı ziyarət edən diplomat səfərinə ölkənin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq üçün “Odlar Yurdu”nun rəmzi sayılan Atəşgahdan başlayıb.Məlumatda bildirilir ki, diplomat bu məkanda Azərbaycanın tarixi, dini ənənələri və xalqlar arasındakı dostluq əlaqələrinin səmimiyyətini hiss edib.

“Buraya gəldiyimdən bəri Azərbaycan xalqının göstərdiyi yüksək səmimiyyəti və qonaqpərvərliyi çox yüksək qiymətləndirirəm. Bu gün ilk dəfə Atəşgahda olmaqdan çox şadam”, – diplomat bildirib.

Избранный
7
2
metbuat.az

4Источники