RU

BMTM-də Anım Günü münasibətilə tədbir keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

27 Sentyabr – Anım Günü münasibətilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında İkinci Qarabağ müharibəsinin bölgədə yaratdığı yeni geosiyasi reallıqlardan bəhs edib, bu reallıqların regional və qlobal miqyasda əhəmiyyətini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi fikirlərə istinad edərək, Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu vurğulayıb.

Mərkəzin baş məsləhətçisi Mətin Məmmədli, şöbə müdiri Şahmar Hacıyev və aparıcı məsləhətçi Sultan Zahidov da çıxış edərək, 44 günlük Vətən müharibəsinin nəticələri, Azərbaycanın haqq mübarizəsinin beynəlxalq səviyyədə yaratdığı əks-səda, həmçinin müharibə dövründə ölkəmizin beynəlxalq humanitar hüquqa riayət etməsi barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Azərbaycan yalnız legitim hərbi hədəflərə qarşı əməliyyatlar aparıb, mülki əhali və obyektlərə zərər yetirməyib.

Çıxışlarda, həmçinin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının ləğv edilməsinin zəruriliyi xüsusi vurğulanıb.

Sonda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə təbliğat və maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Избранный
28
2
azertag.az

3Источники