“Ştutqart”ın üzvü Aleksandr Nübel UEFA Avropa Liqası matçında məhsuldar ötürmə verən ilk alman qapıçı olub.
Msport.az xəbər verir ki, 28 yaşlı qolkiper bunu İspaniya təmsilçisi “Selta”ya qalib gəldikləri əsas mərhələnin I turunun oyununda bacarıb.
O, 51-ci dəqiqəqədə assist müəllifi olub. Nübel karyerasında ilk məhsuldar ötürməsinə 2024/2025 mövsümündə, “Maynts”la qarşılaşmada imza atıb.
Qeyd edək ki, “Ştutqart” “Selta”nı 2:1 hesabı ilə üstələyib.